Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
Sevgi dünyasi

 

molla Nesriddin

Baba olmadı, vəba oldu.
Baba paltarı geyərsən, baba olarsan.
Babadan hümmət - nəvədən xidmət.
Babanın əlindən nəvə tutar.
Babanın üzünü ağardan nəvəsi olar.
Bablı baba ilə, su qullabı ilə.
Bablı babın tapmasa, işi ah-vayla keçər.
Baqqal, qəssab - hər ikisi bir hesab.
Baqqal daşdan kəsər, siçan baqqaldan.
Baqqal ölülərin borcun dirilərə yüklər.
Bağ alma bağlanarsan, dağ alma dağlanarsan, qoyun al, yağlanarsan.
Bağ bağbansız olmaz, dəvə sarbansız.
Bağ belə, bostan belə, tənəkləri şələ-şələ!
Bağ kəsmək eşşəkdən qalıb.
Bağ salan barın yeyər.
Bağ satıb, dağ alıb.
Bağa bağ deməyiblər, bax deyiblər.
Badə ki, bir şərabdır hər kəs ondan içməlidir, ölmək ki, bir körpüdür,
hər kim ordan keçməlidir.
Bağa bağban lazımdır, qoyuna - çoban.
Bağa bax, barını gör.
Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
Bağa çanağından çıxdı, çanağını bəyənmədi.
Bağanı ya öldür, ya dalısı üstə qoy.
Bağban bir gül üçün, min xara xidmətkar olar.
Bağa yol gedə bilməz, evini dalında gəzdirər.
Bağban tələsər, armud vaxtında yetişər.
Bağbanın bar vaxtı, qulağı ağır eşidər.
Bağbanın könlü olsa, nə gəlib bağda paya?
Bağda əlləşənin qurşağı qığ olar.
Bağda ərik var idi, salam-əleyk var idi, bağdan ərik qurtardı, salaməleyk qurtardı.
Bağda gülə baxarlar.
Bağım var, bağım var, - tuman bağı!
Bağında gül var ikən - gül üzünə, bağında gül qurtardı - kül üzünə.
Bağça bağın qıydı, bağban salxım da qıymadı.
Bağlı qapıya xəta dəyməz.
Bağça məndə, bar məndə, heyva məndə, nar məndə, könlüm əttar
dükanı, nə istəsən var məndə!
Bağçalar sarı, heyvası narı, hamı dinsə də, sən dinmə barı.
Bədnan gələn, bədnan gedər.
Bazar ata-ana tanımaz.
Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
Bazar quruldu, hesab duruldu.
Bazar içində it qulağı kəsməzlər.
Bazar yansın, amma, mənə bir manat qazanc olsun.
Bazar olsun bazarın!
Bazar çörəyi çox olsun, bazarda olsun.
Bazar şeytan yuvasıdır.
Bazara gedər - yağış yağar, dəyirmana gedər - qırğın olar.
Bazarda bez ucuz olanda adam özünü öldürməz.
Bazarı kasad olan mərdanə gərək olsun.
Bazarın bazar, qadam sənə, mərdimazar.
Bazarın əvvəl!
Bazara gəldi qul alan kül başına dul alan,yerin cənnətdə olsun, qız əlindən gül alan.
Bazarın gözün çıxarıb.
Bayquş gündə üç sərçə yeyər.
Bayquş xarabalığı gülüstana deyişməz.
Bayquşun da dar olmasın qəfəsi.
Bayquşun ruzisi ayağında gedər.
Bayram bəyi olub.
Bayram sümüyü ilə köpək kökəlməz.
Bayraməlisiz toy olmaz.
Bayırı kaşi-çini, içərisi toyuq hini.
Bakı yetim-yesir məskənidir.
Bakı Şərqin qapısıdır.
Bakıda qazan - Tiflisdə xərclə.
Bakıda işlə - Gəncədə dişlə.
Bakılı cüt danışar, şəkili - qaş-gözlə, dərbəndli -kəllə ilə.
Bal verən çiçəyi arı tanıyar.
Bal dedim, bəlaya düşdüm.
Bal tutan barmaq yalar.
Bal tutanın arısı Şamdan gələr.
Bala quşun ağzı böyük olar.
Bala dadı, bal dadı, bala adam aldadı, şirini şirin olur, acısı da bal dadı.
Balı da sənin, bəlası da.
Balı dibindən, yağı üzündən.
Balı əli uzun olan yeməz, qismət olan yeyər.
Balı olana doşab satmazlar.
Balın yoxdur, bal kimi dilin olsun.
Balını ye, arısını soruşma.
Balsız şanda arı durmaz.
Balçı qızı - daha şirin.
Balçının var bal tası, odunçunun baltası.
Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
Bala bağır ətidir.
Bala baldan şirindir.
Balalı qarğaya pay düşməz.
Balasız da ağlar, balalı da.
Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
Balaca ağaca çıxıb, böyük budaq silkələyir.
Balacanın dərdi də balacadır.
Baldızıma Quran qənim olaydı, qaynanamı bağda ilan çalaydı,
qaynatama Məkkə qismət olaydı.
Baldız elə baldızdır, bacısı sağ olsun.
Baldız - çuvalduz hərdən gələr sancar, gedər.
Balıq balasını da ovlar.
Balıq balığı udmasa - dəryanı balıq tutar.
Balıq başından iylənər, camış ayağından.
Balıq istəyən - özünü suya vurar.
Balıq istəyənin quyruğu buzda gərək.
Balıq kimi qulağı şır-şırdadır.
Balıq suda ikən bazarlıq olmaz.
Balıq sudan çıxdı - öldü.
Balıq tora düşəndən sonra ağlı başına gələr.
Balıq tutan islanmaqdan qorxmaz.
Balıq tutan suyu bulanıq istər.
Balığı ya öldür, ya sudan çıxart.
Balığı nə vaxt tutsan təzədir.
Balığın böyüyü tabaq altındadır.
Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
Balta görməyən bağ meşə olar.
Balta öz sapını kəsməz.
Banlayan toyuq mollaya düşər.
Bar vaxtı bağbana salam verən çox olar.
Bar verən ağaca daş atarlar.
Barsız ağaca daş atmazlar.
Barlı ağacın başına dolanarlar.
Barmaq hesabı verir.
Barmağı işin içindədir.
Barmağın hansını kəssən, ağrısı birdir.
Barmağımın beşini də bal eləyib ağzına soxsam, deyər: - Zəhərdir.
Barmağımın onunu da şam eləyib gözünə soxsam, deyər: - Görmürəm!
Barıt ilə odun dostluğu olmaz.
Barıtı qurtarıb.
Basılanı əzməzlər.
Batırmayan ocaq başı qoymayıb.
Batman qara daşdan, yaxşılıq iki başdan.
Bax mənə, baxım sənə.
Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
Baxma deyənə, bax dediyinə.
Baxmaq kirayə istəməz.
Baxmaqla qarın doymaz.
Baxmaqla öyrənmək olsa, itdən qəssab olar.
Bahalıqda aldığımı,ucuzluqda sataram.
Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar.
Bacaran bal yeyər.
Bacarana can qurban!
Bacarmadığın bir işi «bacararam!» demə.
Bacarıq ağlın nişanəsidir.
Bacarsan hamının yükünü sən daşı.
Bacasının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
Bacı bacı deyil, qız qardaşdır.
Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
Bacı oğludur, haqq almaz, dayıdır, qu unun dişisini verər.
Bacı oğlunu dayısı tanıdar bacı qızını xalası.
Baş ağır, papaq yüngül gərək.
Baş ağrıyanda allah yada düşər.
Baş-başa verməyincə, daş yerindən qopmaz.
Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
Baş bostanda bitməz.
Baş vermək olar, sirr vermək olmaz.
Baş əyməklə baş ağrımaz.
Baş yoldaşı azdır, aş yoldaşı çox.
Baş namərd əlindədir, nə kəsir, nə bağışlayır.
Baş ol, istərsən lap soğan başı ol.
Baş olmayan gövdə leşdir.
Baş olsun, börk tapılar.
Baş sınar bel içində, qol sınar kürk içində.
Baş hara gedərsə, ayaq da ora gedər.
Baş ürəkdən su içər.
Başa düş, başımı yar.
Başa düşənə milçək səsi düşməyənə zurna-qaval.
Başa düşənə can qurban.
Başaçığın qaçan yeri - papaqçı dükanı.
Başbilənsiz iş olmaz.
Başda oturan baş olmaz.
Başda tük olsun, daramağa nə var?
Başdan papaq apardır.
Başlı başın saxlasın, mən başımdan bezaram.
Başı ağ, ürəyi qara!
Başı baş edən - ayaq, ayağı ayaq edən - dayaq.
Başı başına, başmağı da ayağına.
Başı bədəninə ağırlıq eləyir.
Başı böyükdür, beyni yox.
Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
Başı əlhəd daşına dəyməsə olmaz.
Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?
Başına quş qonmayıb ki?
Başımı qaşımağa vaxtım yoxdur.
Başımı yarır, ətəyimə qoz tökür.
Başımı kəs, xatirimə dəymə.
Başımı sındır, məzənnəmi sındırma.
Başın bədəninə ağırlıq eləyir?
Başın böyüklüyü dövlətdir, ayağın böyüklüyü möhnət.
Başın tükü ayağına salama gəlib.
Başına dəyirman daşı qoysalar xəbəri olmaz.
Başına gələn başmaqçı olar.
Başına gələn bilər.
Başına tənbəki oyunu açıb!
Başında köhnə hava qalıb.
Başından böyük danışma!
Başını qatlayıb it qabağına qoyma.
Başını daz eyləmə, hər daz bir taledə olmaz.
Başını divara vurur.
Başını itirən tükü üçün ağlamaz.
Başını yarıb ətəyinə qoz tökür.
Başlanmış iş yarı olmaq deməkdir.
Başlı başın saxlasın.
Başmaq palçıqsız olmaz.
Başmaq cütlənəndə məlum olar.
Başmağını geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
Başmağını cütlədilər.
Başmağından xeyir görən, patavasından çəkər.
Başmaqçının başmağı yırtıq olar.
Başmaqçının başmağı olmaz.
Başqasına köynək oldun, mənə barı xiştək ol.
Başqasına pislik edən özünə etmiş olar.
Başqasının əli ilə aş yeyənin qarnı doymaz.
Bez istəyirsən - Zəncana get, ölüm istəyirsən - Gilana.
Belə ağzın var, çoxlu saqqız çeynə.
Belə də qalmaz, belə də getməz, bir gün olar bəxt oyanar.
Belə yatan öküz Yük götürməz.
Belə malın var, aparcəfərabad bazarına.
Beş barmağım kimi bilirəm.
Beş ilin öküzü, qırx ilin qazısın aldadır.
Beş gün yaraq, bir gün gərək.
Beşdə alacağım yox, üçdə verəcəyim.
Bəd övlad xətaya ürcah olar.
Bəd at özün gözlər, yaxşı at igidi.
Bədbəxt ova çıxdı, dağları duman aldı.
Bədbəxtin atı çox getməz.
Bədən başa deyir: - Saxla məni, saxlayım səni.
Bədənini təmiz saxla, qəfil əcəl gələr.
Bədrəng özü də bir rəngdir.
Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər.
Bədəsildən əsil olmaz, doyunca qızıl qala.
Bədəsildən əsil olmaz, qaçan qızdan - xanım!
Bəzən az tamah çox ziyan verər.
Bəzən dəli də ağıllı söz deyir.
Bəzən dirilər ölülərə həsəd aparır.
Bəzən düz yerdə də insan büdrəyir.
Bəzən tanrıya da ağ olur insan.
Bəzənirəm ağadan qorxuram, bəzənmirəm - xanımdan.
Bəzənmisən bu kündəsən, bəzənməsən nə gündəsən?
Bəy verən atın dişinə baxmazlar.
Bəy dediyin nədir, bəyənmədiyin nədir?
Bəy ilə bostan əkənin tağı belində bitər.
Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı.
Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı - boş.
Bəydən gəlmiş nökərəm, dişlərini tökərəm!
Bəyə bel bağlayanın heybəsi çiynində gərək.
Bəyə inanma, suya dayanma.
Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
Bəyin çeşməsindən su içmə.
Bəy evindən küt gəldi, dalınca da it gəldi.
Bəkməz satana da lənət, bəhməz alana da!
Bəla başının üstünü alıb.
Bəla bəla gətirər.
Bəla bəla üstündən gələr.
Bəla gələndə «gəlirəm» deməz.
Bəla həmişə yaxşı adamı tapar.
Bəla cana gələcəksə, mala gəlsin.
Bəladan qaçan bəlaya düşər.
Bəladan qaçmaq olmaz.
Bəlaya səbir gərək.
Bəlasını mən çəkdim, səfasını ellər.
Bələdsiz yola çıxan yolun azar.
Bələdçiyə yol göstərməzlər.
Bələdçiliyə gedən yorulmaz.
Bəlin də yandırdı məni, hərin də yandırdı məni.
Susadım su istədim, suyun da yandırdı məni.
Bəlin şəkər, nazın kim çəkər?
Bəlkə də qaytardılar.
Bəlkə getdin gəlmədin?
Bəlkəyə heç nə vermirlər.
Bəlkəni əkiblər - bitməyib.
Bəndə bəndəyə neylər, tanrı gözdən salmasa?
Bərdə Qarabağın darvazasıdır.
Bərəkət ondur, onu da düzlük
Bərəkət harda var? - Böyüklü yerdə.
Bərəkət hərəkətdədir.
Bərəkətin bir yanı xırmandır, bir yanı nənənin ətəyi.
Bərkdə-boşda əli yoxdur.
Bərkdən bir çıxar, boşdan iki.
Bərkdən-boşdan çıxmış adamdır.
Bəslə qarğanı - ovsun gözünü.
Bəsləsən atlas olar tut yarpağından.
Bəxt dönəndə burunun suyu gözə damar.
Bəxti yar olanın yar sarar yarasını.
Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
Bəxtim bəxtindən küsüb.
Bəxtim olsaydı anadan qız doğulardım.
Bəxtin yatdı, sən də yat.
Bəxtin gətirəndə bədbəxtliyini yadan çıxartma.
Bəxtini buzda sına oğulda, qızda sına!
Bəxşiş atın dişinə baxmazlar.
Bəxşiş var xalvarla, hesab var dinarla.
Bəhanəçiyə bəhanə əskik olmaz.
Bəhslə Həccə gedən yollarda sərgərdan olar.
Bəşər şeytansız olmaz.
Biz bu saqqalı dəyirmanda ağartmışıq.
Biz qane olduq qaza, qaz özün qoydu naza.
Biz də adəm övladıyıq.
Biz evləndik - gülüşü dərdik, sən evləndin - barmağın bala batdı.
Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
Biz gülünü dərdik, siz gülabını çəkərsiz.
Biz ondan yoğurt umuruq, o bizdən ayran istəyir.
Biz ümid olduq daza, daz özün qoydu naza.
Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki, çörəkli olaq.
Bizə gələn keçəlin saçı dabanından olar.
Bizim eşşək əvvəldən quyruqsuz idi.
Biyara get, bekar qalma.
Bikar sözü ilə arvad alma.
Bikar oturmaqdan, bikara işləmək yaxşıdır.
Bikardan hamı bezar olar.
Bikarlıq kürlük gətirər.
Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
Bildiyini əlindən vermə.
Bildiyini soruşma.
Bildiyinlə çəkəsən.
Bildir gedən bildirçin, hanı sənin bir qıçın?
Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
Bildir yedim bir əncir indi də qarnım incir.
Bildirçinin bəyliyi darı sovrulanacandır.
Bilən ilə bilməyən bir deyil.
Bilən söyləməz, söyləyən bilməz.
Bilənə bilməyən tay deyil.
Bilənə bir tikə, bilməyənə iki tikə?
Bilərək yanan ağlamaz.
Biliyini atasına verməz.
Bilik ağlın aynasıdır.
Bilik daşı ülgüc altda bilinər.
Bilik insanın bəzəyidir.
Bilirəm nə yuvanın quşusan!
Bilmədiyin işə başını soxma.
Bilməyir harada bişib, deyir: - Mənə də bir çömçə.
Bilmək olmaz - kəsilməmiş qarpızdır.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
Bilməsən bir biləndən sor.
«Bilmirəm» baş ağrıtmaz.
Bilsəydim atımın ölümünü, qulağı dolusu darıya satardım.
Bilsəydim, dərdim olmazdı.
Bir abam var ataram, harda olsa yataram.
Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
Bir ağaca çıxanda hamı budaqları silkələmə.
Bir ağacdan bel də olur, kürək də.
Bir ağızdan çıxan min ağıza yayılar.
Bir ağıllı baş min başı saxlar.
Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
Bir adamın payı iki adamın ac qoyar.
Bir adamın payın özgəsi yeyə bilməz.
Bacarırsan aslan ol, tülkü olmaq asandır.
Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
Bir arxdan min at su içər.
Bir ayağı burda, bir ayağı gorda.
Bir al, iki ver, hardadır bu bolluq?
Bir almağın bir də qaytarmağı var.
Bir anaya bir qız, bir kəlləyə iki göz.
Bir at, beş götür.
Bir ata doqquz oğul bəslər, doqquz oğul bir atanı bəsləyə bilməz.
Bir atıb iki vurur.
Bir atım barıtı var imiş.
Bir arxa ki, su gəlib, güman var yenə gəlsin.
Bir arşın quyunun dibinə düşüb.
Bir axurdan at da yeyər, eşşək də.
Bir ac qudurar, bir yalavac.
Bir acıyanda özünü saxla, bir giciyəndə.
Bir barmaq qatıqdan ötrü tuluğu yırtma.
Bir baş bir dəriyə sığmaz.
Bir baş idi, dörd ayaq, gəlin ötürdü bayaq.
Bir baş haraya olsa sığışar.
Bir başa bir qoz yetər.
Bir başa iki qapaz cəfadır.
Bir bulud ilə qış olmaz.
Bir başımdır - min bir xəyalım.
Bir-bir dənlə, həmişə dənlə.
Bir birədən ötrü yorğanı yandırmazlar.
Bir-birinə çörək borc verərlər.
Bir-birinin bəhsinə, qılınc yolur tərsinə.
Bir böhtan min ziyana bərabərdir.
Bir buğda əkməsən, min buğda biçməzsən.
Bir bu gün iki sabahdan yaxşıdır.
Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
Bir vermə, bir də istər, yatmağa yer də istər.
Bir vuran min «vur» deyəndən yaxşıdır.
Bir qazanda iki kəllə qaynamaz.
Bir qapıda iki dilənçi olmaz.
Bir dedilər, on eylə.
Bir qarı ilə bir qoca dığ-dığ edər hər gecə.
Bir qarnı ac, bir qarını tox.
Bir qatı nazik, min qatı yoğun, qatyarımı haradan tapım?
Bir qaşıq ilə doqquz abdal yemiş, birini ağzı boş qalmamış.
Bir qaşıq ilə doqquz abdal keçinər.
Bir qəlbi ki, tikə bilməyəcəksən, niyə sındırırsan?
Bir qəpik verin - canını alın.
Bir qəpik xəsisin bir dişidir.
Bir qız bir oğlanındır.
Bir qıza qurban olsun - doqquz qoca, min qarı.
Bir qoz üçün daş atmazlar.
Bir qoyundan iki dəri çıxmaz.
Bir qoyundan sürü olmaz.
Bir qorxan bir ordunu pozar.
Bir qoca yeddi oğula əvəzdir.
Bir qulağın dar eylə, bir qulağın darvaza.
Bir qulağından girər, o biri qulağından çıxar.
Bir dağarcıq dəni var, boş dəyirman axtarır.
Bir dağarcıq unum var, yeddi qara günüm var.
Bir dana bir naxırın adını batırar.
Bir dana iki dana olsa bəslərəm.
Bir dadan peşman, bir - dadmayan.
Bir daş altda, bir daş üstdə.
Bir daş at, ya bir qaya sal.
Bir daşla divar olmaz.
Bir daşla doqquz qoz düşməz.
Bir daşla iki sərçə vurmaq olmaz.
Bir de, beş eşit.
Bir deyərsən, beş deyərəm.
Bir də gəlin ollam, oturub durmağımı bilərəm.
Bir də uşaqlığa qayıtsaydım qırx il iməkləməyə razı olardım.
Bir də cavan olsaydım sahibi-təcrübə olardım.
Bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi.
Bir dəlidən yeddi məhəlləyə zərər dəyər.
Bir dəmirdən nal da olar, nizə də.
Bir dəridir, bir sümük.
Bir dəfə gəldin - yoldaş, iki dəfə gəldin - qardaş.
Bir dəfə görmək iki dəfə eşitməkdən yaxşıdır.
Bir dirhəm min eybi örtər.
Bir dost min ildə qazanılar.
Bir dostum var, bir postum.
Bir evdə iki qız - biri biz, biri çuvalduz.
Bir evdə şadlıq, bir evdə - şivən.
Bir eşitmisən, bir də eşit.
Bir əl əkər, iki əl biçər.
Bir əl ilə iki qarpız tutmaq olmaz.
Bir əldən səs çıxmaz.
Bir əli bağda, bir əli dağda.
Bir əli ilə verir, bir əli ilə alır.
Bir əli imanında, bir əli tumanında.
Bir əli yağda, bir əli balda.
Bir əlimdə canım, bir əlimdə cananım.
Bir əlin nəyi var? İki əlin səsi var!
Bir əlində od, bir əlində su.
Bir əllə düyün düyünlənməz.
Bir ət ki girdi qazana, oldu yeməli.
Bir ziyan, min böhtana səbəb olar.
Bir ziyan min öyüddən artıqdır.
Bir idi oldu iki, ovhala qurbanın olum, ovhala.
Bir ilana, bir də xana bel bağlama.
Bir inad, bir murad.
Bir it hürməklə karvan qayıtmaz.
Bir iti iki daşla vurur.
Bir iş başlamayınca qurtarmaz.
Bir iş var, iki əməl.
Bir iş tut ki, aqibəti xeyir olsun.
Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
Bir işi başlayandan əvvəl axırını fikir eylə.
Bir iş bitməyincə, o biri işə başlama.
Bir işin əvvəlinə bax, bir də axırına.
Bir yanda ağlayır, bir yanda gözünün yaşını silir.
Bir yanda ağlaşma, bir yanda çalğı.
Bir yandan bağlayan, bir yandan acar.
Bir yara vur, karlı vur.
Bir yastıqda iki baş, il başında üç baş.
Bir ye, bir allah yolunda ver.
Bir «yeyirəm» deyəndən qorx, bir «yemirəm» deyəndən.
Bir gecənin oğrusu on illik molladan çox bilər.
Bir gecəlik söhbətin doqquz ay mabədi var.
Bir gələn bir də gələr.
Bir gəmi dolanar, bir qız dolanmaz.
Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
Bir gəmidə iki pişgah olmaz.
Bir gəmini iki rəis batırar.
Bir kənddə iki darğa olmaz.
Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar.
Bir göz iki gözün gördüyünü görə bilməz.
Bir gözə bir dünya sığışar.
Bir gözü alça dərir, biri səbətə tökür.
Bir gözü yatır, bir gözü baxır.
Bir gözünü ağladır, bir gözünü güldürür.
Bir gördün namərdi, bir də görsən namərdsən.
Bir görür, iki istəyir.
Bir gül ilə bahar olmaz.
Bir gün duz yediyin yerə, qırx gün salam ver.
Bir gün yaranan bir gün öləcək.
Bir günlük bəylik də bəylikdir.
Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
Bir loğma bir dağ aşırar.
Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
Bir meşədə ki, əsir alanı tülkü ola, azad edəni - çaqqal, orada şir,
pələng dolana bilməz.
Bir meşəyə od düşsə, quru da yanar, yaş da.
Bir misqal ət yüz eybi örtər.
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarır.
Bir müştəri üçün dükan açılmaz.
Bir nəğd yüz nisyəyə dəyər.
Bir naxırın adını bir dana batırar.
Bir nəfər işlər, on biri dişlər.
Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as.
Bir ölkədə iki hökmdar olmaz.
Bir papaqlı bir evi bəslər.
Bir parça çörək olub, itib.
Bir pula doqquz hamam tikilməz.
Bir saman çöpü dəvənin belini əzər.
Bir səbət yumurtaya, bir qəpik bəsdir.
Bir sərəncam, qırx nəsihətdən yaxşıdır.
Bir söylə, iki dinlə.
Bir subay oğlan, bir mitil yorğan!
Bir su ki, səni aparır, deynən Arazdır.
Bir sürüyə bir qurd yetər.
Bir tay düyünü dalında gəzdirir.
Bir tək arı bir yığın çibindən yaxşıdır.
Bir taxtda iki padşah divan etməz.
Bir tikə çörək daşdan çıxır.
Bir tikə çörək on il yadda qalar.
Bir tikəni bilməyən, min tikəni də bilməz.
Bir tikənin qırx il haqqı var.
Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər.
Bir toyuq ki, yumurta üstündə oturdu, ona bıçaq yoxdur.
Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
Bir tövlədə at da olar, eşşək də.
Bir utanma, bir inanma.
Bir ürəkdə iki məhəbbət olmaz.
Bir uşağın ağlı gördüyü işlərdən məlum olmaz.
Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
Bir həsir, bir yesir.
Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına.
Bir çiçəkdir, iynəyənin burnu düşər.
Bir çılpağı yüz cəbbəli soya bilməz.
Bir çırağın işığına qırx adam əyləşər.
Bir çörək bir çörəyə borcludur.
Bir çörək özün ye, birin də allah yolunda ver.
Bir çetvər dilini qoyub, bir batman başı ilə danışır.
Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
Bir çustumdur, bir postum, hamı da mənim dostum.
Bir həsirdir, bir də Məmmədnəsir.
Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
Bir şəm ki, haqdan yana heç bad ilə sönməz.
Bir şeyi verib pis olunca, verməyib pis ol.
Birə dözən, minə yetər.
Birə şıllaq atdı, dəvənin gözünü çıxartdı.
Birənin qanını aldın - canını aldın.
Birəsinin beş batman yağı var.
Biri acından şalvarını satırdı, dedilər: - Nisyə verərsənmi?
Biri dörd görür.
Biri əkər, biri biçər.
Biri ərə gedər, biri gora.
Biri itər, yüz biri bitər.
Biri işlər, on biri dişlər.
Biri yazar, biri pozar.
Biri yanır, biri batır, biri yatır.
Biri yeyər, on biri baxar, qiyamət onda qopar.
Biri yıxıldı, biri dikəldi.
Biri mənim, biri bəndənin, birini də nazlı yara göndərim.
Birə min demiş, bir-bir vermiş yenə bazar pozulmamış.
Biri od olanda o biri su olar.
Biri ölməyincə, biri dirilməz.
Biri çalır, biri züy tutur.
Birini yandırır, birin qandırır.
Birindən soruşdular: - Qatır niyə sənin çıxartmır? Dedi: - Atasını yadına
salmaq istəmir!
Birindən soruşdular: -Haralısan? Dedi: - Evlənməmişəm!
Birinə dedilər: - Atan acından öldü! Dedi: - Varı idi, yemədi?
Birini bilirsən, birinə bilmirsən.
Birini evə qoyan yox idi, soruşdu: - Çuxamı hardan asım?
Birini ye, birini yemə, birini de, birini demə.
Birini yeyir, birini də başı altında qoyur.
Birini gör fikir eylə, birini gör şükür eylə.
Birini minir, birini yedəyə çəkir.
Birinin əli, o birinin dili işləyir.
Birinci addımda lovğalanan ikinci addımda yıxılar.
Birisi atlas geyinmiş damaqlı, birisi tapmayır tuman yamaqlı.
Birisi mənə bağlıdır, mini də birisinə.
Birlik olmayan yerdə dirilik olmaz.
Birlik harada, dirilik orada.
Birlikdən qüvvət doğar.
Bitdi hər yarağımız, qaldı saqqal darağımız.
Bihudə hərəkət bel sındırar.
Biçimsiz bir libası biçimli geymək hünərdir.
Biçinçi haqqını yerdən götürər.
Biçməmiş tikmək olmaz.
Bişmiş aşın darğası.
Bığ saqqaldan qabaq çıxıb.
Bığı buraxmısan, saqqala salam vermirsən?
Bığının altından keçiblər.
Bığın yağlayıblar.
Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
Bıçaq vursan qanı çıxmaz.
Bıçaq öz dəstəsin kəsməz.
Bıçaq sümüyə dayanıb.
Bişirdik qoyduq dəmə, yeyənə nuş olsun.
Bişmiş aşına soyuq su qatma.
Boğaz yediyini istəməz, göz gördüyünü istər.
Boğazı böyük olanın dostu olmaz.
Boğazacan borc içindədir.
Boğazında başmaq tayı qalıb?
Boğazında qalar, asta ye!
Boğuşan köpəyin yarası əksik olmaz.
Boz at da öldü, Murtuzalı bəy də.
Boz üzüm var, doğru sözüm.
Boz tula gedər, boynuyoğun gələr.
Boyaqçı küpü deyil ki, salıb çıxardasan.
Boyaqxana küpünü azdırma.
Boynu uzun - beyni boş.
Boynu uzun, beyni boş, tut qulağından cütə qoş.
Boyu böyük olanın qiyməti böyük olmaz.
Boyun olsun, boyunduruq qapılar.
Boyuna baxma, bacarığına bax.
Boyunduruqdan qaçan öküzü kəsərlər.
Boynun qıldan nazikdir.
Boynunu bitlər yeyir, çörəyini itlər.
Boyunu böyütdükcə, ağlını böyüt.
Böyük nə eyləsə, kiçik onu götürər. Bol-bol yeyən, bəl-bəl baxar.
Borc alan bicdir, borc verən gic.
Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
Borc almaq asandır, qaytarmaq çətin.
Borc almaq başlanan yerdə dostluq pozular.
Borc altında qalan deyil.
Borc alan, salam da var.
Borc verənin dili uzun olar.
Borc verməklə tükənər, yol getməklə.
Borc qaldıqca uzanar.
Borc durar, xərc durmaz.
Borc əsarətdir.
Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
Borc ilə çaxır içən, iki dəfə keflənər.
Borc yaddan çıxmaz.
Borc yaxşı günə gəlməz.
Borc ki oldu yüz - kir içində üz.
Borc köməyə bənzər, qaldıqca böyüyər.
Borc mini aşdı, hər axşam paxlava ye.
Borc ödəməklə, yol yeriməklə tükənər.
Borc çıxıbdır xirtdəyəcən.
Borca elə giriş ki, tez qaytara biləsən.
Borcdan qorxan qapısını gen açmaz.
Borclu borclunun sağlığın istər.
Borclu ölməz, bənizi saralar.
Borcludan bir güvəc al, vur yerə sınsın.
Borcludan bir lax yumurta da olsa al, vur divara.
Borclunun duaçısı borc verəndir.
Borcunu verən varlanar.
Borclunu çox darıxdırma, danar.
Borcsuz adam - bəyzadədir.
Borcsuz adam yoxsul bəydən yaxşıdır.
Borcu almaq asandır, qaytarmaq çətin.
Borcu həmişə kəm ver, qaytarmasa peşman olmazsan.
Borcunu verməyən, bir də borc ala bilməz.
Bostan əkənin yiyəsi mərd olar.
Bostan peyini kimi şişmə.
Bostana girən qoduğun qulağı, quyruğu olmaz.
Bostana girən porsuq yabanı qəbul elər.
Bostançıya kəlik satmazlar.
Bostançının kar vaxtıdır.
Bostançının sovqatı əyri xiyar olar.
Boş anbar, boş dağarcıq, ha ölç - doldur!
Boş boşuna danışır.
Boş qab cingildər.
Boş qazan qaynamaz.
Boş damardan qan çıxmaz.
Boş durana şeytan gülər.
Boş durunca düşməninə daş daşı.
Boş evə qız verməzlər.
Boş eşşək dəyirmana getməz.
Boş sözlə qarın doymaz.
Boş sözdən fayda yoxdur.
Boş süfrəyə nə bismillah?
Boş torbaya at gəlməz.
Boş torba ilə at tutulmaz.
Boş tüfəngdən iki adam qorxar.
Boş çanağı dolu çanağa vurmaq istəyir.
Boş çuval, boş anbar, ha doldur, doldur!
Boşdan bir çıxar, bərkdən iki.
Böylə qəm, böylə kədər, böylə gələr, böylə gedər.
Böyük ağacın kölgəsi böyük olar.
Böyük ağacın kölgəsində min qoyun yatar.
Böyük başın böyük də ağrısı olar.
Böyük başını kiçik işə qatma.
Böyük-böyük danışma, başına gələr.
Böyüklə - böyük, kiçiklə - kiçik.
Böyük böyüklüyün bilməsə, kiçik kiçikliyin bilməz.
Böyük qapının böyük də halqası olar.
Böyük dağın dumanı da böyük olar.
Böyük daş götürmək vurmamaq əlamətidir.
Böyük danışanı kiçik götürər.
Böyük dərd böyüyün yoldan azmasıdır.
Böyük - evin qibləsidir.
Böyük insan işindən tanınar.
Böyük gözün nuru olmaz.
Böyük olan yerdə kiçik danışmaz.
Böyük olanın qursağı gen gərək.
Böyük olarsan - bilərsən.
Böyük sözünə baxmayan, böyürə-böyürə qalar.
Böyük sənətkarlar yaranar az-az hər yerdə, hər zaman inci tapılmaz.
Böyük tənqid - böyük ədəbiyyat yaradır.
Böyük tikə boğaz yırtar.
Böyük hər nə çalsa kiçik gərək oynasın.
Böyüyə böyük deyiblər, kiçiyə kiçik.
Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
Böyükdən də böyük var.
Böyüklərlə böyük ol, kiçiklərə göstər yol.
Böyüksüz evdə xeyir-bərəkət olmaz.
Böyüyü - axmaq, kiçiyi - toxmaq.
Böyüyün böyük dərdi var, kiçiyin kiçik.
Böyüyün sözünə baxmayan gəzə-gəzə qalar.
Böyüyün üzünə ağ olanı torpaq götürməz.
Böyüyünü tanımayanı heç kim tanımaz.
Börkünü qoy qabağına - fikir elə.
Börkçünün börkü olmaz.
Böhtana düşən odsuz yanar.
Bu ağıl məndə, o dua səndə.
Bu arşına bez verməzlər.
Bu boynum, bu da qılınc.
Bu börkü qoy babanın başına.
Bu qabdan o qaba tökür.
Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax, bu gəlin yaxşı gəlindir,
birini doğandan sonra bax.
Bu qılınc, bu meydan.
Bu dərdi gora aparmaq olmaz.
Bu dərə mənim, o dərə sənin.
Bu dünya arsızla qəmsizindir.
Bu dünya bir dəyirmandır, udar bir gün bizi.
Bu dünya vəfasız dünyadır.
Bu dünya genişdir, sənə də yer var, mənə də.
Bu dünya fanidir, fani!
Bu dünyada keyf çəkim, o dünyada işim yox.
Bu dünyadan xəbəri yox, o dünyadan danışır.
Bu dünyaya etibar yoxdur.
Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdır, anlamayan bir
əllədən bir qara daş yaxşıdır.
Bu dünyanın adamı deyil.
Bu əl o ələ köməkdir.
Bu əli verəni o əli bilməz.
Bu zaman bax - öyrən zamanıdır.
Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir.
Bu yerişlə hara çatarsan?
Bu köhnə sözdür, təzəsini də gəlsin.
Bu mey meyxanasıdır, zurna-qavalı hələ daldadır.
Bu meydan bədoy meydanıdır, burda yabılar quyruq bular.
Bu mənim üzüm, o sənin üzün.
Bu pəhriz nə, bu lahıc turşusu nə?
Bu necə bostançıdır, dəymişini qoyar, kalın dərər?
Bu sənə dərs olsun.
Bu səsi bir daxmaya yerləşdirmək olmaz.
Bu təpiyə at dözər.
Bu uşaqlıq deyil - dəcəllikdir.
Bu fərə o fərələrə bənzəməz!
Bu hələ hərbəsidir, zərbəsi daldadır.
Bu can sənindir, əzizim, mənə nə minnəti.
Bu cibindən çıxarıb o cibinə qoyur.
Buğda göstərir, arpa satır.
Buğda olmayan yerdə, darını gözə təpərlər.
Buğda çörəyin yoxdur, buğda dilində nə gəlib?
Buğdadan əlim üzüldü, gümanım sənə gəlir, ay arpa çörəyi!
Buğdam var demə - anbara tökməyincə, övladım var demə -
evlənməyincə.
Buğdanın ucbatından acı otlar da su içər.
Buğdasını sütül yeyən xırmanda ac qalar.
Budaqdan qopan alma ağacın dibinə düşər.
Buz üstə çıxan danaya dönüb.
Buzu gün əridər, insanı xəcalət.
Buynuz sonra çıxar, amma qulağı keçər.
Buynuzlu bir quzu kəlləsilə canavara meydan qurar.
Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
Buyruq allahdandır.
Buyruq sənin, qulluq mənim!
Buyruq sizinkidir, adil hökmdar!
Buyur-buyurla iş keçməz.
Buyuran bilməz, hazırlayan bilər.
Buyurduğu qulluğa bax, verdiyi haqqa.
Bu gün ala dağda, sabah qara dağda.
Bu gün belədir, sabah elə.
Bu gün var, sabah yox.
Bu gün qızını döyməyən sabah dizini döyər.
Bu gün dünyadır, sabah axirət.
Bu gün düşənbədir, meylinə düşən nədir?
Bu gün ye, sabaha qismət nə olsa.
Bu gün gəlib keçdi, sən sabaha bax.
Bu gün mənədirsə, sabah sənədir.
Bu gün nəğd, sabah nisyə.
Bu gün sən deyərsən, sabah sənə deyərlər.
Bu gündən sabahı gör.
Bu günkü qazma sabahkı neftdir.
Bugünkü qız, sabah anadır.
Bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır.
Bugünkü söz dünənki sözün körpüsüdür.
Bugünkü toyuq sabahkı qazdan yaxşıdır.
Bugünkü uşaq - sabahkı qoçaq.
Bugünkü ye, sabaha ya qismət.
Bugünün sabahı da var.
Bulaq gərək yerindən bulaq ola.
Bulaq öz gözünü kor istəməz.
Bulaq özü tərpənməz, el-obanı ayağına gətirər.
Bulağa susuz aparar, susuz gətirər.
Bulamac dəliyə qaldı.
Bulamanı bulama, buladıqca yalama.
Bulanlıq suda balıq tutulmaz.
Bulud altından çıxan gün, yaşmaq altından çıxan üz.
Buludu külək oynadır, ağlı kəm olanı fışdırıq.
Bulutdan nəm çəkir.
Bundan sonra əlini öz cibinə sal.
Bundan Fatıya tuman olmaz.
«Bunu edəcəyəm» demə. «Bunu eləmişəm» de.
Burada ala qarğa balalamaz.
Burada vurur, qılıncı, fələkdə oynar ucu.
Burada dəvə yükü ilə itər.
Burada dilənir, orada zəkat verir.
Burada oturma - atamındır, orada oturma - anamındır.
Burada oturma - his olar, orada oturma - pis olar.
Burada oturma, orada otur, cəhənnəmdə, gorda otur!
Burada üləma diz yerə qoyub.
Burnu çirk quzu buynuzu burma qoç olar.
Burnun girməyən yerə başını soxma.
Burnunu hər deşiyə soxar.
Burnunu sıxsalar - canı çıxar.
Burun-qulaq başa sadağadır.
Burun çirkli olanda kəsib atmazlar.
Buxarının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
Bu çağacan qonşu qızı idim, indi oldum - ev qızı, ev gəlini.
Bülbül viranədən ötməz, bayquş viranədən getməz.
Bülbül gülü sevər, insan - Vətənini.
Bülbülü qızıl qəfəsə salmışlar, «Vay Vətən!» demiş.
Bülbülün çəkdiyi dil bəlasıdır.
Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.
Bütünü kəsmə, paraya dəymə, doğra, doyunca ye

Baxış sayı:142     Yanvar 13, 2008 13:44 tarixində, ibrahim tərəfindən, Ata Sözləri bölməsində yazılib.   Şərhlər(0)


Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha