Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
HostGator
Sevgi dünyasi

     Sevgidə yaşanan kədər                  


Sizin üçün nə dərəcədə önəmi var bu sətirlərin bilmirəm. Mən bu sətirləri yazarkən gözümdən damlalar axır klaviatura üzərinə. Bu sətirlərə bir sevən olaraq sahib çıxın və yazılı sətirlər olaraq keçməyin. Oxuduqca yer üzündə insanlar nələri yaşayarmış deyəcəksiniz buna əminəm. Bir tacir ailənin oğlu olaraq ilk məktəbi 4-cü sinifdən başladım oxumağa. Məni bir sinfə verdilər. Müəlliməm mənə hansı sırada oturmaq istəyərsən otur dedi. Bir qızın yanı boş idi. Orada oturdum. Həyatımı adladığım, gedişi ilə məni məhv edən insanla ilk zaman orada danışdım. Uşaq yaşımda belə onun gözəlliyi məni çox təsirləndirmişdi. Göy gözləri, arada bir mənə tərəf dönüb gülüşü, səhv yazdığım cümlələri öz silgisi ilə silməsi məni o kiçik yaşımda ona bağladı. O zaman uşaq ikən bu bir dostluq idi. Zaman keçdikcə onsuz tək saniyə belə keçirə bilmirdim. Ya mən onlara gedib dərs edər, ya da o bizə gəlirdi. Mükəmməl bir paylaşacağım idi. Ürəyini, sevgisini, dostluğunu hələ o yaşda vermişdi mənə. Məktəbi birlikdə oxuduq və birgə də bitirdik. Orta məktəbi bitirdikdən sonra ailələrimizdən rica etdik ki, hər ikimizi eyni universitetə yazsınlar. Hər ikimiz eyni universitetə daxil olduq. Yaşımız dolğunlaşdıqca o məni, mən onu daha çox sevirdim. Uşaqlıqdan başlayan dostluğumuz sevgiyə, eşqə dönmüşdü. Orta məktəb illərimizi bitirməyə az bir vaxt qalmış ailələrimiz universitetdə oxuduğumuz anlarda ortaq bir qərar aldılar. Tək ev kirayə tutacaq ikimiz eyni evdə qalacaqdıq. Anamda da bizimlə qalacaqdı. Ona aşiq olmuşdum. Eyni duyğuları o da yaşayırdı və bunu görən ailələrimiz universiteti bitirdiyimizdən sonra evlənəcəyimizi belə qərara almışdılar. İlk dəfə əlini tutduğumda bir daha buraxma demişdim. Yanaqları qızarmış, utanmış, başını önünə əymiş, gülümsəmiş və əlimi bərk-bərk tutmuşdu. Artıq hər gün əl-ələ tutuşub dərsə gedər, dərsdən çıxarkən də əl-ələ gəzər daha sonra evimizə gedərdik. Arada bir əlləri tərləyər və hər tərləyişdə əlini əlimdən qurulamaq üçün çəkərdi. Bunu hər etdiyində ona əlimi buraxma deyə azarlardım. Hər dəfə də oldu-oldu deyərək gülümsəyər və yenidən əlini ovcuma qoyardı. Hər şey gözəl dünya cənnət kimi idi gözümüzdə. İllərimiz xoşbəxtlik içərisində axıb keçirdi. Nəhayət universiteti də bitirmək üzrə idik. İmtahanlarımız da başlamışdı. İmtahanları da müvəffəqiyyətlə verdik. Sevinclə sarıldıq bir-birimizə. Əlimi tutdu. Bu günü qeyd etmək üçün bir kafeyə gedib nahar edəcəkdik. Universitetin qarşısında yol var idi. O yolun mənim və ölərcəsinə sevdiyim insandan ayrılmağımda bu qədər rol oynayacağını bilsəm heç bir zaman o yoldan keçməzdim. Nələr verməzdim o yolu keçməmək üçün. Əli yenə əlimdə idi, yenə əlini çəkdi, əllərimdən. Tərləmişdi əli. Dörd addım atmışdım. Dönüb yenə azarlayacaqdım. Çünki həm əlimi buraxmış, həm də geridə qalmışdı. Dönüb baxdığımda dünya gözündə qaraldı. Yerdə idi və üzündən qan fışqırırdı. Nə edəcəyimi bilmədim. Yanına qaçaraq üzünə yapışmış saçlarını qaldırdığımda həyatımı bitirən o görüntüylə qarşılaşdım. Sürətinə bir daş parçası bıçaq kimi dəymiş və baxmaqla doymadığım mavi gözlərindən biri əzilmişdi. Sürətinin yarısı yox idi. Qanla qapalı digər gözünü təmizləyərək mənə nəsə deməyə çalışırdı. Yoldan keçən bir maşının təkərinin altından fırlayan bir daş sürətinə dəymişdi. Ölərcəsinə bir sevgini, gələcəyimizi bir daş parçasının bitirəcəyini bilməzdim. Donaraq danışmadan üzünə baxmaqdan başqa bir şey edə bilmirdim. Əllərini tutub qaldırdım başını köksümə qoydu və əlimi bərk-bərk tutdu. Axan qan əllərimizə damlayırdı. Yoldan keçən bir maşın durub bizi seyr edirdi. Xəstəxanaya aparaq dediyimdə qanlı olduğu üçün buna razı olmadı və qaçıb getdi. Heç kim maşına almırdı. Ətrafıma baxıb yardım edin deməkdən, ona dönüb səni sevirəm, məni buraxma deməkdən başqa bir şey edə bilmirdim. İki dəqiqəlik bir çırpınışdan sonra qucağımda öldü. Cənnət olan Dünya 5 dəqiqədə cəhənnəmə döndü. Onu itirdiyimdən bəri illər keçir. Hər il ad günündə yoxluğunla böyütdüyüm sevginin istisini soyutmamaq üçün sənin soyuq məzarına gəlirəm. Ölüm amansız oldu vaxtsız zamansız oldu. Əlimdən səni aldı, ogünlər harda qaldı. Bir vaxt əlimdən tutan indi isə sakit yatan ey gözəlim yoxluğunun acısı çox ağır gəlir. Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam, yaşantımın anlamı əlvida. Əlvida yaşamaq!


ŞƏRH YAZMAYİ UNUDMAYİN



Baxış sayı:209     Fevral 24, 2008 17:00 tarixində, ibrahim tərəfindən, Sevgi bölməsində yazılib.   Şərhlər(2)


1
deniz yazıb:

بیر یئنی مطلبیله گوزلییرم
[گل]

Fevral 24, 2008 19:00

2
deniz yazıb:

بیر یئنی مطلبیله گوزلییرم
[گل]

Fevral 24, 2008 19:00

Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha