Reklam verin!

Bu axşam yenə səni düşündüm

> Ardina Bax <

      Bu axşam yenə səni düşündüm


 

  Bu axşam yenə səni düşündüm. Dinlədiyim mahnılarda səsini, döyünən ürəyimdə ürəyini, baxan gözlərində varlığımı hiss etdim. Titrədi qəlbim ağlamaq istədim, dəlicəsinə ağlamaq, dayanmadan ağlamaq istədim. Bir anlıq son görüşümüz gözlərimdə canlandı titrək əllərin, üzündəki kədər, solğun baxışlar, olmamış yaşanmamış bir hiss kimi məhv olan mən və sən. Dəhşətli səhnədir, bunu bilirsən? Sanki, sənsiz olan günlərdə vaxt da dayanır, sanki bu hissin bir uçurum qarşısında olduğunu o, anlayırdı. Getdiyin gün.., Bilsən nə hisslər keçirdiyimi? Əlimi uzadaraq, günlərlə səni çağırdığımı, saatlarla gizlin-gizlin ağladığımı. Bir bilsən, bir hiss etsən. Bəlkə də yenidən mənə dönərsən. Ancaq gecdir. Dönməyin çooox gec. Etdiyin bu səhvlə məni və özünü məhv etdin. Bilirsən bunu sən? Hardan biləsən? Hardan düşünəsən? Düşünsən bu səhvə yol verməzdin! Məni də bu zülmə məhkum etməzdin. Unutmağa çalışırsan məni, əbədiyyən unutmağa daha bilmirsən ki, unudulanlar unudanları əsla unutmazlar. Səndə unuda bilməyəcəksən. Didəcək səni mənsiz keçən günlər. Hər açılan səhərdə, hər düşən gecədə axtaracaqsan məni. Dar gələcək sənə yaşadığın mühit. Getdiyim yolları gizlincə izləyəcəksən. Mənsiz keçən hər bir günə, mənim tək gizlin-gizlin sən də göz yaşı tökəcəksən. Məni itirdiyini anladığında, özün-özünə ölüm diləyəcəksən. Ancaq, olmayacağam o zaman yanında, silməyəcəyəm göz yaşlarını, hiss etməyəcəksən sənə toxunduğumu. Bilirsən, yaşamağa çalışdığım və varlığına inanmaq istədiyim sevgini bütünlükdə yoxa çıxartdığını, artıq günəşin çıxmasını gözləmirəm, ayın qarşısında işıq salmasını izləmirəm. Çünki sənsiz yaşadığımı hiss etmirəm. Heç olmasa bunları düş başa! Mən də anlatmağa çalışaram qəlbimə, deyərəm ^^Bağışla ürəyim, məni bağışla hesab et bu sevgim dəyib dəmir kimi bərk olan bir daşa^^


FİKİRLƏRİNİZ YADDAN ÇİXMASİN


 

Baxış sayı: 302
Açar sözlər: axşam 
Bookmark and Share


1
deniz yazıb:

sizi öz bağlantılarıma artıda bilərəm?

Fevral 26, 2008 0:53


Düşüncələrinizi bizimlə paylaşin :

Lütfən məlumatinizi təkmil yazasiniz

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha