Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
HostGator
Sevgi dünyasi

     Günahkar zamandır


      İnsanlar sevgidən nə zaman bezirlər? Nə zaman vəfasız olur sevilənlər? Ali ehtirasın əbədi yolçusuna çevriləndəmi? Özünü müqəddəs duyğu axarında itirəndəmi? Böyük duyğular selinin sularına qərq olandamı? Məğrur hisslərin arxasınca gedəndəmi? Bu sualların bir tək cavabı var. Hər zaman ürəksizlər vəfasız olur. Sevgi: Bir zamanlar bu sözü eşidəndə sanki sinfə müəllim daxil olurmuş kimi ayağa qalxmaq, susuzluqdan gülləri soldurmamaq üçün göz yaşlarıyla sulamaq, bir vətən övladının canından keçməyə hazır olduğu kimi mənim də sevgim üçün canımdan keçəcəyimi düşünürdüm. Ayrılıq: Bir səhv hərəkətin qarşısında divarın küncünə qoyulmuş bir uşağın göz yaşları, qanadı sınmış bir sərçənin ah naləsi kimi təsəvvür edirdim. İndi anlayıram ki, təsəvvürümdə heç də yanılmamışam. Sevgi! Nə qədər də pis bir duyğudur. Bir zamanlar onu İtirməmək üçün çəkdiyim əziyyətlərim, tökdüyüm məsum göz yaşlarım indi məndən bir cavab gözləyir. Niyə axı mən o göz yaşlarımı günahlarımın bağışlanması üçün deyil, layiqsiz birisi üçün axıtdım? Axı nədən belə səbəbsiz birini sevdim? Axı nədən sevilməyə layiq olmayan birisi üçün günlərcə göz yaşlarım içində boğuldum. Bütün suallarıma cavab tapdım amma bir tək onu nədən sevdiyimi və nə üçün ayrıldığımızı bilmirəm. Bəlkə də bilməsəm yaxşıdır. Bəlkə də bilsəydim bu qədər acı çəkməzdim. Həyatda bir tək şeyi hər şeydən çox yaxşı bildim sevgi yalandır. Tək-tənha olduğum anlarda gözlərim, ürəyim, əllərim, ayaqlarım məndən hesab soruşur. Axı nədən məni sevməyən üçün mənə bu qədər əzab-əziyyət çəkdirdin? Amma bu salıma cavab tapa bilmirəm. Sadəcə ürəyimi və zamansız yerdə lazımsız sevgini günahkar hesab edirəm. Gözlərimdən axan yaşlar məni tərk edib sənə gəlir. Bu məktubu yazıram. Bir cümlə yazıb təzədən səni xatırlayaraq bu sevgimə lənət oxuyuram. Sənə göndərməyəcəm bu məktubu. Zaman bizi ayırdı. Bəlkə də indi hansısa səssiz qəbiristanlıqda, bəlkə də kiminsə isti qollarının arasında, bəlkə də sənə ata deyən hansısa bir uşağın yanındasan. Sevgimizin sonu olduğunu bilərək səni səndən xəbərsiz sevdim. Sənə olan sevgimi səndən və məni tanıyan hər kəsdən gizlədim. Amma indi bir zamanlar sirr saxladığım sevgimi məni tanıyan və tanımayan hər kəs oxuyur. Bəlkə də kimisi üçün mənim sevgim ötəri bir hiss, bəziləri üçündə ölümsüz bir sevgi kimi gəlir. Artıq heç də məni maraqlandırmır. Kim istəyirsə mənim sevgimi yalan kimi də həqiqət qəbul edə bilər. Axı mən səni sevə-sevə sən məni nə səbəbə atdın?! Artıq kim necə düşünürsə elədə düşünməyə haqqı var. Bəlkə də bu məktubu nə vaxtsa oxuyarsan. Onda bilərsən ki, mən səni ölümünə sevdim. Amma onu da bil ki, bir daha gəlsən nə sənə verəcək sevgim, nə də sənə layiq nifrətim var. Nə səni unudacaq gücüm, nə də səni yenidən yaşayacaq həvəsim var.


ŞƏRH YAZMAYİ UNUDMAYİN



Baxış sayı:222     Fevral 26, 2008 18:44 tarixində, ibrahim tərəfindən, Sevgi 2 bölməsində yazılib.   Şərhlər(3)


1
deniz yazıb:

sizi artıddım.logoda versəz goyaram

Fevral 26, 2008 20:51

2
Aysel yazıb:

Ey vefali qelbim soyle ne ucun?
Her derde sham kimi eriyeceksen?
Seni seve bilse, min layiqlisi.
Layiq olmayani sen seveceksen!!!

- Salam, necesiz????? - Siz menim bloga yazmisdiniz ki, burda cavabimi deyim. ok men razi, gelin bloglarimiza kechid qoyaq. Ugurlar . . .helelik

Fevral 26, 2008 21:49

3
araz yazıb:

bu nənim üçün şərəfdir
vebiniz çox gözəldir
yaşasın az

Fevral 27, 2008 19:45

Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha