Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
Sevgi dünyasi

>>> ARDINA BAXIN <<<

      Özünü vəfalı sayan vəfasız yarım


Səni ömür yollarıma təsadüf gətirdi. Bir payız gecəsi azmış durna kimi çıxdın qarşıma. Rahat dünyamı əlimdən aldın. Gəlişinlə sevinc bəxş etdinsə, yazda gəlib qaranquş kimi bir payız gecəsində məni tərk etdin. Allahıma çox yalvarırdım dönəsən deyə. Amma nə faydası bu mənim alın yazım, qismətimə düşən acı pay idi. Bu həyatda ən qorxduğum şey ayrılıq olub. Elə hey düşünürdüm ki, səni nə vaxtsa itirəcəm. Lakin qorxularla yaşaya-yaşaya sevdim səni. Gündən-günə gözlərimdə ucaldın. Həyatın bütün gözəlliklərini səndə tapdım. İnandım sənə elə bilirdim ki, illərlə çəkdiyim əzablara son qoyulacaq. Axan göz yaşlarımı əl uzadıb siləcəksən. Xəyallardan ayıldacaqsan məni. Sən isə məhəbbətimi ayaqlar altına atdın. Məni alçaltdıqca sən ucaldın. Sənin üçün nələr etmədim? Sonunda bu idimi mənə düşəcək mükafat. Səni sevdiyim üçün dözdüm hər şeyə. Həmişə ən şirin kəlməm adın olacaqdı. Amma indi illər ötdükcə daha çox ehtiyacın olacaq mənə .Elə anların olacaq ki, susuz səhrada mənimlə qalmağı arzulayacaqsan. Bu geniş dünya sənə darlıq edəcək. Əlin uzanıqlı qalacaq, gözlərin minlərlə insanlar arasında sadəcə məni axtaracaq. Tənhalıq axtaracaqsan. Bir dəqiqə olsada mənimlə keçirdiyin günlərin birini geri qaytarmaq üçün. Nə olsun nədir ki, geri qaytara bilmək məni. Çox-çox əlçatmaz olacam sənə. Ehtiyacında olduğun nəvazişimin birini də göstərməyəcəm sənə. Bezəcəksən həyatdan, yaşamağı mənasız biləcəksən. Anlayacaqsan ki, artıq heç kimə lazım deyilsən. Həsrətini çəkdiyin o qayğılı günlər, qoşa gəzdiyimiz o yerlər, arasıyla getdiyimiz o çinarlar göz dağı olacaq sənə. Əlindəki o telefon belə hər an məni sənə xatırladacaq. Gecələr gözlərindən yuxuların qaçacaq, yoxluğum yandırıb yaxacaq səni. Kimsə məlhəm olmayacaq yarana məndən savayı. O yatmış vicdanın qəfil oyanacaq. Amma gec olacaq. Səni unutmaq çətin olsada bacaracağam. Nə olursa olsun sənə qalib gələcəyəm. Unudacam səni. Sənə aid nə varsa siləcəm həyatımdan. Arzuladığım qələbəm səni unutmaq olacaq.

GÖZƏL FİKİRLƏRİNİZİ PAYLAŞİN

 



Baxış sayı:167     Fevral 29, 2008 15:22 tarixində, ibrahim tərəfindən, Sevgi 2 bölməsində yazılib.   Şərhlər(0)


Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha