Arxada buraxdığın şeyləri düşünmə
Göndərən : ibrahimNET

>>> ARDINA BAXIN <<<
Arxada buraxdığın şeyləri düşünmə
Bu vaxta qədər qazanmış olduqlarını, bundan sonra qazana biləcəklərini, yan keçə bilməyəcəyin, illərcə qoruduğun, illərcə mühafizə etmək istədiklərini düşünərək yaşa. Hər kəsin yaşamaq istədiyi bir özəl həyatı vardır və onu yaşaya bilməsi üçün arxada buraxdığı şeyləri düşünməməsi gərəkdir. Bilməlidir ki, o bir çox şeyi istədiyi zaman bütün aləm ona yardımçı olur. Hər kəs ürəyinin səsini dinləməyi və ürəyinin dili ilə danışmağı öyrənmək məcburiyyətindədir. Qorxularını, qarışıqlıqlarını, məni sevirmi, onunla yaşaya bilərəmmi, tapdığın və arxada buraxdığın üçün səni didərgin edən eşq önünü kəsməsin. Özəl həyatının gerçəkləşməsini sənin üçün əngəlləməsin. Yetər ki, tapdığın və arxada buraxdığın eşq saf olsun. Üstündən illər keçmiş olsa belə sənin buraxdığın kimi qalmış olacaqdır və sən günlərin birində oraya dönəcəksən. Xəyanət sənin gözləmədiyin bir zərbədir. Amma sən, ürəyini tanıyacaq olsan, sənə basqın etməyi heç bir zaman bacarmayacaqdır. Çünki onun xəyallarını və arzularını tanıyacaqsan və onları hesaba alacaqsan. Heç bir kəs öz ürəyinin istəyindən qaça bilməz. Bu minvalla da, ən yaxşısı onun söylədiklərini dinləməkdir. Beləcə özündən gözləmədiyin bir zərbə endirilməyəcəkdir sənə. Öz yolunla hərəkət et. Başını dik tut. Özünü yenilmiş hiss etmə. Özəl həyatını yaşa. Yaşayacaq həyatının qəhrəmanı, baş rol oyunçusu sənsən. Bu sənin hekayən. Sən sadəcə yaşa. Ürəyinin səsini dinləyərək, ürəyinin dili ilə danışaraq yaşa!
![]()
![]()
FİKİRLƏRİNİZ UNUDULMASİN
![]()
Baxış sayı: 181
Açar sözlər: arxada
![]()
![]()
![]()






