Həyatın bir sürprizi (gözəl rəvayət)
Göndərən : ibrahimNET

>>> ARDINA BAXIN <<<
Həyatın bir sürprizi (gözəl rəvayət)
İlk dəfə 14 yaşında sevmişdim. Bir qədər sonra ayrılmaq məcburiyyətində qalmışdıq. Mən öz yurduma geri qayıtdım, o isə orada qalmışdı. Bir neçə ay sonra ona məktub yazmışdım və qarşılığını da almışdım. Əlbəttəki sevgi bitmişdi, amma məktublaşmağa davam edirdik. Aradan 1 il keçmişdi. Axtardı məni və sevgimizi yenidən qurmaq üçün çox xahiş etdi. Sevgimizin baş tuta bilməyəcəyini söylədim. Evlilikdən danışırdı, halbuki ikimizdə orta məktəb şagirdləri idik. O axtarmaqdan bezmişdi artıq, hər şeyi qəlbinə həbs etmişdi. Aradan 8 il keçdi. 8 il sonra yenə məni aradı. Bu dəfə hər şey dəyişmişdi. İkimizdə məktəbi bitirmiş həyata atılmışdıq. Mən gənc bir qız, o isə yaraşıqlı bir cavan olmuşdu. Görüşməyə qərar vermişdik ayrılanda. O məni hələ unutmamış içində hələ ümid olarkən, mən onu çoxdan unutmuş, bir çox sevgi anları yaşamışdım. Nəhayət qaldığım yerə gəldi. Çox həyəcanlı idim, sabaha qədər yata bilməmişdim. Uzun-uzun qucaqlaşdıq və danışdıq. Mən sevgini unutmuş bir qız kimi, onunla keçirdiyim vaxtın dadını çıxardırdım. Birdən dodağından öpdüm və oda davam edirdi. Buraxmadı dodaqlarımı, əllərimizi bərk-bərk birləşdirmişdik. Onu qucaqlayarkən getməməsi üçün yalvarırdım. O isə ”Səni Sevirəm” söyləyərək çıxıb getdi. Qəlbimi də aparmışdı. Tez–tez telefonla danışırdıq. Mən artıq onu sevirdim. Gözüm heç kimi görmürdü. Bir fürsət tapıb yanına getdim. Aramızda 7 saatlıq məsafə var idi. Ailəmə yalan söyləyib, cəsarətimi toplayıb, böyük bir riskə girib getdim. Məni çox gözəl qarşıladı. 20 ildə yaşadığım ən gözəl 3 günü yaşadım. Mən yenə öz yurduma qayıdarkən münasibətimiz pozuldu. Qürur və tərslik edərək məni axtarmırdı. Mən belə böyük sevgi bəsləyərkən, birdən dəyişdi, mən ilk dəfə sevmişdim. Məni 8 il boyunca unutmayan və mənə qovuşmaq ümidi ilə yaşayan bir insan necə ola bilərdi ki məni axtarmadı? Mənsiz necə yaşaya bildi? Artıq mən də unutdum.. Ancaq həyat sürprizlərlə boldur. Bəlkə bir gün yenə qarşılaşarıq. Mən boşanmış bir qadın, o boşanmış bir kişi. Kim bilir bəlkə də, biz yenə birlikdə ola bilmək şansını əldə edəcəyik. Hər zaman birləşmə nöqtələrini axtarıram. Xəyallar qururam və yenə qarşılaşacağımızı bilirəm. Allah heç kəsə eşq acısı verməsin.
![]()
![]()
FİKİRLƏRİNİZ YADDAN ÇİXMASİN
![]()
Baxış sayı: 225
Açar sözlər: bir
![]()
![]()
![]()
Tesirlendim. Allah hec kimin basina getirmesin.Men de umid edirem ki menim seven ve menim sevdiyim insanla bir gun qarshilashacam.Inshallah!!
Aprel 24, 2008 15:07







آیدین سعادت بیر یئنی یازی ووروب مکتوبلارا!!!
باخسانیز......
Mart 2, 2008 20:59