Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
Sevgi dünyasi

       4 gözəl şeir


Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevirəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...


*****
D ö ns ə m s ə ninl ə dost kimi g örüşmə y əcə m
El ə bel ə dost kimi, s ı xaca ğ am əlini dost kimi
Xatırlatmayacağam heç nəyi, keçmişdən söz açmayacağam
Söylədiyin kəlmələri həyatıma vurduğun ödürücü zərbələri xatırlatmayacagam,
Hal əhval tutacağam heyatından, işlərindən, ögey adi nədən danişa bilər?
Illərin həm düşmanı, həm doğması, hem yadı,
Sevgini paylaşmışıq, nifrəti paylaşmışıq, daha bir şey qalmayib
Bu gün son görüş olacaq sakit, soyuq, həvəssiz
Öyrəşmişik artiq biz sən sevgisiz, mən sənsiz
Öyrəşmişik artıq biz, ürəyin üşüyəcək soyuq kəlmələrimdən
Baxışların nigaran sevgi axtaracaqsan
Hüzünlü gözlərində ya da Sevgiden ...
Nəsə, keçmişdə qaldı hər şey
Qəlbimin dəftərindən adını silmişəm, çətin yazam bir də mən
Göydən fələk də gəlsə!
Adiləşisən gülüm, belə deyildin onda, gözümə görünürdün buludların qoynunda
Adilesmishen gulum,sen kicik bir toz idin dag gorurdum men seni,vüqarlı bir dağ ikən
Nahaq qayıtmısan sən, dönərək dünəninə nə axtarırsan indi?
Bürünüb hüzünlərə saçlarının ağ dəni, mən əvvəlki deyiləm, sən öldürmüsən məni
Yıxmısan, sürümüsən, tanrı yenə qaldırıb məni
Mən tanrının qızıyam .
Nahaq dönmüsən, nahaq, onsuz da bu sevdanın sonundan narazıyam
Peşmansanmı, etdiyin əməllərin sıxırmı daş qəlbini? Bilmirəm bunu gülüm!
Bir onu bilirəm ki, xatirələr içində sənli xatirələrə bir də çətin ilişəm.
Nədir sənin gileyin?
Mən ucaltmışdım səni, özüm də kiçiltmişəm!
(Əminə Yusifqızı)


****

Arzudan o yana.
Əllərin əlimə dəyməyəydi kaş
Saçların üzümə toxunmayaydı
Gərək əvvəlki tək sən ürəyi daş,
Ələ əvvəlki tək saymaz olaydın…
Bu istilik hardan
Sanki buz idin.
Qəlbimdən sən niyə ovcuma düşdün?
Sən mənə əlçatmaz bir ulduz idin.
Göylərdən qolumun üstünə düşdün
Bu da vüsal günü…
Yox səvinmirəm.
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım bilmirəm
Yoxsa sən darıxdın dərələr üçün
Dünənə yol yoxdur zaman apardı
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı
Arzudan o yana yol varmı dəyə
Ötən günlərimə bir ümman dədim
Boşaldı ürəyim dolmur ki, dolmur.
Limana çatmışam haraya gədim?
Dənizə məqsədsiz qayıtmaq olmur.
(Nüsrət Kəsəmənli)



****
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!

Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!
(Nüsrət Kəsəmənli)

FİKRİNİ PAYLAŞ


Baxış sayı:274     Mart 23, 2008 18:48 tarixində, ibrahim tərəfindən, Sevgi 2 bölməsində yazılib.   Şərhlər(1)


1

salam
sevimli dostum izinizlə "qaldırım ayaqlarının altında" bir yeni şeir blogı açılıb.nəhayət ehtiramla sizin ayaq izlərinizi bu şeir odasında gözləyirəm sizin dəyərli ha belə ilhamla dölu şərhləriniz və önəriləriniz mən üçün sevindirici olacaq.
uolunuzu gözləyirəm...
buyurun lütfən

hürmətlə
elyad musəvi

İyun 22, 2008 2:53

Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha