Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
Sevgi dünyasi

        Əsl sevginin 15 əlaməti

Sən onunla tanış olmusan? Telefon danışıqları, evə ötürmələr, sevgi mesajları- hər şey öz yerindədir. Amma ürəyini şübhələr didir. Bəlkə mənə öyrəşib, bəlkə məni aldadır, bəlkə sevmir? Bəlkə də heç siz onu sevmirsiz…..

Onda əsl sevginin 15 əlamətini həm özünüzdə, həm yarınızda axtarmağa çalışın. Əlamətlərin ən azı 12 –si düz gəlirsə, deməli, narahat olmağa dəyməz. Sevirsiz, özü də necə…

BUYURUN DAVAMINA BAXIN

 


1. Əvvəllər heç kimə bağışlamadığın səhvləri ona güzəştə gedirsən.

2. O nə geyinirsə geyinsin, gözünüzə gözəl görünür. Geyiminin ucuzluğuna-bahalığına fikir vermirsiz.

3. Onu görən kimi ürəyindən qəribə gizilti keçir və ayaqların yerində donur.

4. Onun yanında kimisə görəndə, fərqi yoxdur yaşlıdır, cavandır, qəşəngdir, eybəcərdir, qohumdur, yaddır, - dərhal ürəyindən keçir: «Əlbəttə, onun kimisə var».

5. Onunla danışandan sonra nə qədər baş sındırsan da nə cavab verdiyini, hansı sözləri işlətdiyini yadına sala bilmirsən.

6. Onun hansı bürcdən və ildən olduğunu öyrənib, bütün qoroskoplara baxırsan.

7. Onunla tanışlıqdan sonra jurnallarda oğlan–qız münasibətlərinə aid yazılar axtarırsan. «Nə dərəcədə cazibədarsan?», «Oğlanların (və ya qızlara) xoşuna hansı qızlar gəlir?» testlərinə baxırsan.

8. Onunla bağlı taleyini öyrənmək üçün falçı axtarışına çıxırsan, kartla, kofe ilə falabaxmağa maraq göstərirsən.

9. Sənin xoşuna gəlir: o, necə yeyir, necə gülür, saçlarını düzəldir.

10. Tez-tez ona toxunmaq istəyirsən.

11. Sən qorxursan: kimsə onu əlindən alar…

12. Düşünürsən: onun anası mənim anamdan yaxşıdır.

13. Onun nə yemək xoşladığını bilib, onu bişirməyi öyrənirsən.

14. Sən telefonundakı oğlan (və ya qız) adlarını pozursan.

15. Sən nəinki onun özünün, hətta onun anasının, atasınınn, bacı-qardaşlarının da ad gününü bilirsən.


FİKİRLƏRİNİZİ PAYLAŞİN

MƏNİMLƏ ƏLAQƏ



Baxış sayı:279     Mart 27, 2008 15:36 tarixində, ibrahim tərəfindən, Sevgi 2 bölməsində yazılib.   Şərhlər(3)


1
Resad yazıb:

Ela shocked

Mart 29, 2008 9:48

2
Ceyla yazıb:

Cox gozel.Mende 14 duz oldu.Demek sevirem.|Eziyyete gore cox sag ol

İyun 23, 2008 13:19

3
vitamin yazıb:

sizin yazdiglariniz hamisi mende var

İyun 25, 2008 3:23

Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha