Sevgi Dünyasi •۞• Səni ölənə qədər sevəcəyəm •۞•
Reklam verin!
Sevgi dünyasi

       Məni gözəl xatırla

BUYURUN DAVAMI VAR


Məni gözəl xatırla
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın və mən bitdim

Məni gözəl xatırla!
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını
Məni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, əl oldun aldırmadım

Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Şerlər yazdım hər gecə çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizcə getdim
Səndən əvvəlkilər kimi səndə başa düşmədin

Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda

Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sənə son surprizim olsun
İndi seninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirem


FİKRİNİ BİLDİRMƏYİ UNUDMA

MƏNİMLƏ ƏLAQƏ



Baxış sayı:140     Aprel 5, 2008 13:14 tarixində, ibrahim tərəfindən, Sevgi 2 bölməsində yazılib.   Şərhlər(1)


1
ulker yazıb:

Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sənə son surprizim olsun
İndi seninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirem
Men de 7 il bundan evvel onun heyatindan getdim amma indi de wreyim onu arzulayir bu seir lap mennikdi

İyun 7, 2008 23:30

Buyurun şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha