Sən getdin
Göndərən : ibrahimNET
Sən getdin

Sən getdin.. Arxana belə baxmadan.. O gündən başladı qara günlərim. Ağlamalı kədərli ağrılı günlərim. Sənin isə o vaxtlar heç vecivə də olmurdu. Çünki tutmuşdu gözü var-dövlət həvəsi. Nə edək hərənin taleyi bir cürədir. Amma sənin fikrivə düşənlər çox getmir. Bilirsən səninlə iki dəfə ayrıldım ancaq ikincisi lap kədərli oldu. Yadındamı görüş yerimiz. Hər dəfə orada görüşürdük səninlə, dərdləşirdik və bir birimizin dərdlərinə çarə axtarırdıq. Ehhh harada qaldı o günlər. Son görüşümüzdə mənə məni nişanlayırlar dedin ancaq.. Ağlatdın məni. Acığımı qələm və bir parça kağızdan çıxdım. Dar günümdə onlar çatdı köməyimə. "Eşitdim sevgilim nişanlanmısan" şerimi yazdım sənə və bununla təsəlli tapırdım.
DAVAMİ VAR
Eşitdim sevgilim nişanlanmısan
Səni saf ürəklə təbrikə gəldim
Eşqimin oduna gizli yanmısan
Bunun səbəbini bilməyə gəldim.
Ax! Kimə qıydın o qara qaşları
Fəryadı ağladır dağı-daşları
Son dəfə olaraq o göz yaşları
Qədəhlə doldurub içməyə gəldim.
Mübarək sevgilim çoxdur mübarək
Əkilsin yolunda min gül min çiçək
Həyatın ən gözəl günlərini çək
Sənə bu sözləri deməyə gəldim.
Qapını hər zaman xoşbəxtlik döysün
Kədər çırağının işığı sönsün
Görüm toy şərabı zəhərə dönsün
Mən də o zəhərdən içməyə gəldim.
Sən isə elə hey gedirdin vara-dövlətə doğru. Bilə-bilə ki bu yolun axırı yoxdur... Getdin amma tez də qayıtdın "günahımdan keç dedin" keçdim. Yenə də sevdik bir birimizi. Amma təzə başlamışdıq ki, sən yenidən gedəsi oldun.. Bu dəfə səni əcəl apardı. İnsafsız və nakam ölüm. Ancaq hətta bu ölüm də öldürə bilmədi sevgimizi.. Ancaq bu dəfə səni bağışlaya bilməyəcəyəm.. Çünki sən məni yenidən o günlərə qaytardın... Yox yox o günlərdən də betər oldu bu günlər. Sənsizliyə heç cürə alışa bilmirəm... Nə edək taleyin qərarı bu imiş... Kaş ki bu gedişin də birincisi kimi olardı.. Heç olmasa həyatda olduğun mənə təsəlli verərdi. Vaxt vardı mənim sənə "Eşitdim sevgilim nişanlanmısan" yazan qələmim bu dəfə sənə Sən Getdin şerini yazmağa hazırlaşır..
• ibrahim






